AZ

Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”

Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalə Kramarenko bədii gimnastika üzrə üçqat dünya çempionudur.

Futbolinfo.az xəbər verir ki, Rusiya yığmasının heyətində çıxış edən 19 yaşlı gimnast Yay Olimpiya Oyunlarında iştirak üçün Azərbaycanı təmsil etməyə razı olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

O, “sovsport.ru” saytına açıqlamasında bunu Rusiyaya xəyanət hesab edib: “Olimpiya Oyunlarında iştirak xatirinə bunu nəzərə alacağammı? Xeyr. Bu o demək deyil ki, mən Azərbaycanda yarışa bilməyəcəyəm. Bu, sadəcə bir növ şəxsi ambisiya və emosiyalardır. Ölkəmə xəyanət edə bilmərəm. Bu, bir növ xəyanətdir. İndi əsas məqsədim nədir? Sentyabrda keçiriləcək Dostluq Oyunlarını qazanmaq”.

Qeyd edək ki, Dmitri Kramarenko 1992-2005-ci illərdə Azərbaycan millisinin heyətində 33 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
7
futbolinfo.az

10Mənbələr