AZ

Putin nüvə təlimini “adi iş“ adlandırdı

Rusiya prezidenti Vladimir Putin qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün keçirilən təlimləri şərh edib. News365.az xəbər verir ki, o, Moskvada Qələbə Paradında çıxışı zamanı bunun planlı iş olduğunu deyib.

“Burada qeyri-adi heç nə yoxdur, bu, planlaşdırılmış işdir”, - prezident bildirib.

Qeyd edək ki, səhər saatlarından Moskvanın Qızıl Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü şərəfinə hərbi parad başlayıb. Paradda doqquz mindən çox hərbçi iştirak edir. Onların mindən çoxu Ukraynadakı müharibənin iştirakçısıdır.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla