AZ

Slovakiyalı ekspert: Güc balansı açıq şəkildə Azərbaycanın xeyrinədir və Ermənistanın indi edə biləcəyi çox şey qalmayıb

Güc balansı açıq şəkildə Azərbaycanın xeyrinədir və Ermənistanın indi edə biləcəyi çox şey qalmayıb.

Bunu “Report”a açıqlamasında Slovakiyadan olan siyasi şərhçi Jozef Hrabina (Jozef Hrabina) mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

O, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi baxımından da danışılacaq çox şeyin olmadığını vurğulayıb:

“Mən artıq sülh müqaviləsinin imzalanacağına ümid edirəm, çünki danışılası çox şey yoxdur, yerdə yalnız siyasi narazılıqlar qalıb. Amma güc balansı açıq şəkildə Azərbaycanın xeyrinədir və Ermənistanın indi edə biləcəyi çox şey qalmayıb. Ona görə də ümid edirəm ki, bu reallıq artıq erməni siyasi elitası arasında da hakimdir”.

Ekspert Fransa kimi prosesə müdaxilə edən üçüncü tərəflərin varlığından da söz açıb:

“Hazırda gördüyüm yeganə maneə vəziyyəti erməni cəmiyyətinə necə izah ediləcəyidir. İlin sonuna kimi sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını demək çox çətindir, ancaq buna ümid edirəm. Biz bilirik ki, Fransa kimi prosesə müdaxilə edən üçüncü tərəflər var. Mən Ermənistanla Avropa İttifaqı və Avropa dövlətləri arasında hansı daxili razılaşmaların olduğunu da bilmirəm”.

Siyasi şərhçi Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı əldə edilən razılaşmaya toxunaraq bunu böyük diplomatik nailiyyət kimi qiymətləndirib:

“Mən bunu qarşılıqlı razılaşma yolunda böyük addım kimi qiymətləndirirəm. Düşünürəm ki, bu, gələcək sülh sazişi ilə bağlı danışıqlar aparmaq iradəsini göstərir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
50
Mənbələr
Şərh ()
Bağla