AZ

PSJ baş məşqçisi ilə bağlı qərar verib

Fransanın PSJ klubu baş məşqçisi Luis Enrike ilə bağlı qərar qəbul edib.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis növbəti mövsüm Paris təmsilçisindəki fəaliyyətini davam etdirəcək.

Rəhbərlik Enrikenin işindən razıdır və onun çox nailiyyətlər əldə edə biləcəyinə inanır.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Almaniyanın "Borussiya" (Dortmund) klubuna 0:1 hesabı ilə uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
7
Mənbələr
Şərh ()
Bağla