AZ

Rusiya XİN üçtərəfli Bəyannaməni gündəmə gətirməsi regionda mövqeyini saxlamağa hesablanıb

Rusiya XİN bəyanat yayaraq 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin aktuallığını saxladiğını vurğulayıb. Qeyd edim ki, üçtərəfli Bəyannamənin şərtləri bəziləri istisna olmaqla nə Rusiya, nə də Ermənistan əməl etmədi. Məhz razılaşmaya əməl edilməməsi nəticəsində ötən ilAzərbaycan anti-terror əməliyyatı keçirərək bütövlükdə suverenliyini bərpa etdi.

Artıq Rusiya sülhməramlı qüvvələri də Qarabağı tərk edir. Bəyannamənin 9-ci bəndi isə, nəqliyyat əlaqələrinin xüsusilə, Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Bu yola Rusiyanın nəzarət etməsi qeyd edilib. Ermənistan tərəfi Hazırda Rusiyanın nəzarətinin əleyhinədir. Ümumiyyətlə, 10 noyabr Birgə Bəyannaməsi Qarabağ məsələsi ilə bağlı imzalanmışdı. Qarabağ məsələsi həll edildiyinə görə, Ermənistan da Rusiyanın Zəngəzur yolunda nəzarət etməsinin əleyhinə olduğu üçün üçtərəfli Bəyannamə qüvvədən düşmüş sayılır.

Rusiya XİN bəyanatının əsas hədəfi Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyətinin davam etməsində maraqlıdır. Artıq buna da əsas yoxdur. Çünki üçtərəfli işçi qrup üç il ərzində heç bir iş görə bilmədi. Bu işçi qrupu nəqliyyat və kommunikasiya əlaqələrinin açılması üçün danışıqlar aparırdı. Rusiya burada əsas nəqliyyat yoluna nəzarəti əlində saxlamağı çalışır. Ona görə də Rusiya XİN üçtərəfli Bəyannaməsini gündəmə gətirməsinin heç bir siyasi və hüquqi əsası yoxdur.

Məhəmməd Əsədullazadə

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44154
Abdullahianın cəsədi tapıldı - FOTO
32309
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26556
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24759
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20137
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17736
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15152
Helikopterin qalıqları tapılıb
11760
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11711
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8155
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7912
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6963
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6919
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5910
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5352
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4845
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965