AZ

“Qarabağ”dan mənə mesajlar gəldi, sonda..." - Rumıniya millisinin vingeri

FCSB-nin (Rumıniya) vingeri Aleksandru Baluta karyerasını “Qarabağ”da davam etdirmək imkanından danışıb.

Sportinfo.az xəbər verir ki, “fanatik.ro” portalına danışan rumıniyalı Ağdam klubuna keçə biləcəyi barədə çıxan xəbərlərə münasibət bildirib:

"Keçən yay “Universitatey Krayova” ilə danışıqları davam etdirdim. Amma xaricdən də təklif gözləyirdim.

“Vidzev” mənimlə əlaqə saxladı. Sonra “Qarabağ”dan mesajlar gəldi, amma sonda heç nə alınmadı”.

30 yaşlı vinger 2023-cü il iyul ayından Rumıniya nəhənginin formasını geyinir. O, 2025-ci il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur.

Rumıniya millisinin üzvü “Çindiya”, “Vitorul”, “Universitatey Krayova”, “Slaviya”(Praqa), “Slovan”(Liberets), “Puşkaş Akademiya” komandalarında da oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
sportinfo.az

4Mənbələr