AZ

Ölməzdən əvvəl insanların gözünə nələr görünür? - Bir həkimin karyerasını dəyişdirən an

Amerikalı həkim Kristofer Kerr ölmək üzrə olan insanların yaşadıqlarını araşdırıb.

Ölkə.Az "BBC"yə istinadla xəbər verir ki, o, karyerasını dəyişən andan danışıb və diqqətçəkən açıqlamalar verib.

70 yaşındakı xəstəsi Meri ölməzdən əvvəl xəstəxanada yatdığı zaman qəribə davranmağa başlayıb. Sanki iməkləyən uşağa uzanan formada yatağında oturub və Denni adlı uşağın adını sayıqlayaraq onu öpürmüş kimi davranıb. Uşaqları isə analarının bu hərəkətinə məna verə bilməyib, çünki Denni adlı heç kimi tanımırdılar.

Ancaq ertəsi gün bacısı xəstəxanaya gələrək Merinin Denni adlı körpəsisinin ölü doğulduğunu və onun üçün çox ağır olduğuna görə, heç vaxt bu barədə danışmadığını bildirib.

Kardiologiya üzrə ixtisaslaşan və neyrobiologiya üzrə doktorluq dərəcəsinə malik Kerr özünü ölmək üzrə olan insanların təcrübələrini tədqiq etməyə həsr edib.

İndi o, ölməkdə olan insanların gördükləri və yuxuları üzrə dünyanın barmaqla sayılan ekspertlərindən biridir.

Kerr deyir ki, bu təcrübə ölümdən həftələr əvvəl başlayır və ölüm yaxınlaşdıqca tezliyi artır.

Onun sözlərinə görə, xəstələr həyatlarının mühüm anlarını yenidən yaşaya, illər əvvəl ölmüş valideynləri, uşaqları və heyvanları ilə danışa bilərlər.

Mütəxəssis hesab edir ki, bu təsəvvürlər olduqca realdır və dərin hislər yaradır, xəstələrin rahatlıq tapmasına kömək edir:

"Bu münasibətlərin xatirəsi çox mənalı və təsəlliverici bir şəkildə geri qayıdır, yaşadıqları həyatı qiymətli edir və ölüm qorxusunu azaldır".
Kerr deyir ki, xəstələr belə anda çaşqın olmur, onların fiziki sağlamlıqları pisləşsə də, emosional və mənəvi cəhətdən şüurlu olurlar.

Ancaq bəzi həkimlər bu vəziyyəti halüsinasiyalar və ya qarışıqlıq kimi təsvir edir və daha çox elmi araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Kerrin sözlərinə görə, bu təcrübələrin səbəbi çox önəmli deyil, xəstələrin keçdiyi proses önəmlidir.

Amerikalı həkimin apardığı araşdırmaya görə, insanların 88%-i bu təcrübələrdən ən azı birini yaşayıb.

Xəstələrin üçdə biri özlərini səyahətdə görür, itirdikləri insanlarla yenidən əlaqə qururlar.
Yuxularında gördükləri insanlar daha çox həyatları boyu onlara dəstək olmuş, sevmiş insanlardır.

Həyatları boyu aldıqları yaraları da yuxularda görürlər. Məsələn, xəstənin müharibədən sağ çıxdığı üçün peşman olması mümkündür, lakin ölümə yaxınlaşdıqca qarşıdurmalarda həlak olan dostlarını görürlər.

Uşaqlar üçün reallıq və təxəyyül arasında kəskin sərhəd olmadığı üçün onlar bu təcrübələri daha canlı yaşayırlar. Onların gördüklərinin çox daha canlı və rəngarəng olduğu bildirilir.

Kerrin sözlərinə görə, xəstə ölməzdən əvvəl belə bir təcrübə yaşayıbsa, ailəsinin və yaxınlarının yas prosesi daha sağlam şəkildə keçə bilər.
İtirdikləri insanı barədə təsəvvürləri və xatırladıqları bu təcrübə ilə formalaşdığından yas zamanı daha rahat ola bilərlər.

Billurə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
62
3
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44170
Abdullahianın cəsədi tapıldı - FOTO
32343
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26603
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24759
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20137
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17742
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15152
Helikopterin qalıqları tapılıb
11760
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11711
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8159
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7922
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6963
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6919
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5910
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5352
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4869
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965