AZ

Əmisini insanların gözü qarşısında  öldürdü  — Qohumları düşmən edən CİNAYƏT +VİDEO

17 oktyabr  2023-cü il  tarixdə, saat 15  radələrində  Bakı şəhəri, Xətai rayonu, Süleyman  Əhmədov küçəsi 17 ünvanında  yerləşən  avtomobil  təmiri  sexində baş vermiş qətlin detalları məlum olub.

Oxu24.com  saytının  əldə  etdiyi  məlumata  görə, Fətəliyev  Elməddin Yunis oğlu ilə uzun  müddət  şəxsi  münasibətlərin  pozulması  nəticəsində  yaranmış münaqişəli  vəziyyətdə  olduğu  əmisi  Fətəliyev Arif Yusif oğlu arasında avtomobil  üstündə  başlanan  mübahisə  sonda  ölümlə  nəticələnib. Elməddin  Fətəliyev  əvvəlcədən   avtomobilində  saxladığı  ov  tüfəngi  ilə  əmisi   Arif   Fətəliyevi  işlədiyi  avtomobil  təmiri  sexində  güllələyərək  öldürüb.
Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Fətəliyev Elməddin Yunis oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində bildirib  ki, zərərçəkmiş şəxs Fətəliyev Arif Yusif oğlu onun doğma  əmisi  olub. Arif   Fətəliyev  Bakı şəhəri, Xətai rayonu, NZS  qəsəbəsində öz  ailə  üzvləri ilə  birlikdə  yaşamış, avtomobil  alqısatqısı  ilə məşğul  olmuş, eyni  zamanda   digər  əmisi  Ədalət   Fətalıyevə   məxsus  avtomobil  təmiri sexində  motorist  işləyib. 

O, atası  Yunis  Fətəliyev  və  digər  əmisi Ümudvar  Fətəliyev Arif   Fətəliyevlə uzun müddətdir ki, danışmayıblar.  

 

 

 

Ümumiyyətlə  onunla  əmisi  Arif  arasında  münasibət  daima  gərgin  olub. 15.10.2023-cü il tarixdə  atası  Yunis, əmisi  Sözalı  Fətəliyev  və  sonuncunun qudası  Cavanşir  ilə  birlikdə  atasına  məxsus “Hyundai” markalı avtomobil ilə Oğuz  rayonunun Yaqublu  kəndinə  toya  gediblər. 16.10.2023-cü il  tarixdə  Oğuz rayonunda  olarkən  qohumu  Xəyal  ona  zəng  edərək  sonuncunun  qonşusu Elgünün özünə məxsus “Mitsubishi Pajero İO” markalı avtomobili satdığını demişdir. 

Belə ki, o, “Mitsubishi Pajero İO” markalı avtomobillərin alqı-satqısı ilə məşğul olub. O da Xəyala  əgər  avtomobil  yaxşı  vəziyyətdədirsə, onun üçün almağını  deyib.  Xəyal  avtomobilin  yaxşı  vəziyyətdə  olduğunu  dediyinə  görə almağa  razılıq  vermiş, telefon vasitəsi ilə qiymətini  razılaşıblar.

 Xəyal  daha  sonra  ona  zəng  edərək qardaşı  kimi zənn etdiyi şəxsin avtomobili sürərək təmir sexinin qarşısına gətirdiyini deyib. O da qardaşı Elçinə zəng edərək avtomobili  sexin  qarşısına  onun gətirib-gətirmədiyini soruşmuş, Elçin isə Bəhruzla  Arifin  avtomobili  oraya  gətirdiyini  deyib. Ona görə də Xəyala deyib  ki, həmin  şəxs onun qardaşı yox, əmisi  Arifdir və  onunla danışmırlar. Xəyal da Elgünə zəng edərək maşını geri gətirməsini tapşırıb. Arif  həmin  avtomobili  almaq  istəsə  də  Elgün  razılıq  vermədiyi üçün  buna  nail  ola   bilməyib.
Cinayət materialalrından məlum olur ki,Elməddin Fətəliyev bu hadisəyə görə aralarında yaranmış  mübühisəyə görə  doğma  əmisi  Arif  Fətəliyevi  3  güllə  yarası  ilə  oturduğu   yerdə  qisas  niyyəti  ilə  qəsdən  öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində  Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda elan edilən hökmə əsasən  Fətəliyev  Elməddin  Yunis  oğlu  Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 120.1- ci maddəsində  nəzərdə tutulmuş cinayət  əməlini törətməkdə  təqsirli  bilinib   və  ona  12 (on iki) il müddətə azadlıqdan  məhrum  etmə  cəzası  təyin  edilib.

Məhkəmənin son anda,hökm oxunan zaman  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci  maddəsi  ilə irəli sürülmüş ittiham aktının dəyişdirilərək  120.1- ci maddəsinə qaytarılması   cərərçəkmiş şəxsin ailə  üzvlərinin  narazılığına  səbəb  olub.

Zərərçəkmiş  şəxsin  hüquqi  varisi    Vəsilə  Fətəliyeva  Oxu24.com saytına  müraciət  edərək  həyat yoldaşının qanının  yerdə  qalmaması üçün məhkəmələrdən ədalətli  qərar  istəyib.

“Biz  Ağır  Cinayətlər  Məhkəməsinin  hakimi  Şəlalə Həsənovanın  çıxardığı qərardan narazıyıq. Xətai Rayon Prokurorluğu  bu  işi  tam  ətraflı  araşdırdı  və  sonda  cinayətin  120.2.2-ci maddə ilə  baş verdiyi  qərarına  gəldi.İş Ağır Cinayətlər  Məhkəməsində  6-7 proses  həmin  maddə  ilə  aparıldı. Yalnız  sonuncu  məhkəmə  prosesində  hakim   maddəni  dəyişdi. İctimaiyyətin  gözü  önündə,açıq  şəkildə  cinayət  törətmiş  şəxsin  cəzasını  yüngülləşdirən  qərar  qəbul  etdi.  Biz  bu  qərardan  qəti  şəkildə  narazıyıq.  Qaynım oğlu  Fətəliyev Elməddin  həyat  yoldaşım  Arif   Fətəliyevi  qəsdən  və  qisas  almaq  məqsədi ilə əvvəlcədən  planlaşdırdığı  ssenariyə əsasən  öldürüb. Sual olunur ki,ov tüfəngi onun avtomobilində əvvəlcədən  niyə olmalı idi? Deməli o cinayəti törətmək məqsədi ilə əvvəlcədən  silahlanıb  yoldaşımın  iş  yerinə  gəlibmiş”,- deyə Vəsilə Fətəliyeva  bildirib.

 

(Fotoda solda cinayəti törədən şəxs,sağda qətlə yetirilən şəxs)

 

Vəsilə  Fətəliyevanın  sözlərinə  görə  həyat  yoldaşını  qətlə  yetirən  şəxs  məhkəmə  proseslərində  dəfələrlə  onları  dəmir  barmaqlıqlar  arxasından  hədələyib.

-Elməddin Fətəliyev  məhkəmə gedə-gedə məni və ailə üzvlərimi ölümlə  hədələyirdi.Bütün  bunlar  məhkəmə iştirakçılarının,hakimlərin  gözü  qarşısında  baş  verib.Belə bir  adama  necə  yüngül  cəza  vermək olar? Bizim həyatımıza  təhlükə  yaradan  şəxs  islah  olunmalıdır. Mən bu hadisədən  sonra  ağır  xəstəliklər  keçirmişəm. Üstəlik  qorxu,həyəcan içərisində  yaşamağım  səhhətimə  ağır  fəsadlar  yetirir.Buna görə də hörmətli  məhkəmədən ədalətli  qərar  çıxarmağı  və  Cinayət  işinin  120.2.2-ci maddəsinə  qaytarılmasını  xahiş  edirəm. Mən məhkəmədən  ona  ən  ağır  cəzanın  verilməsini  xahiş  etmişəm. Buradan  möhtərəm Prezident  İlham  Əliyevə  və  Xanım  Mehriban  Əliyevaya  müraciət  edirəm. Ailə başçısını itirmiş  və  hazırda  tənha  qalan  köməksiz  qadının  əzilməsinə  imkan  verməyin.

Zərərçəkmiş şəxsin  hüquqi  varisinin  vəkili  Şəms Mirzəyeva bildirib ki, onlar Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə verilən hökmdən narazıdırlar.

 

"Biz Bakı Ağır Cinayətlər Məhkəməsində yekunda  qəbul  edilən qərardan tamamilə narazıyıq. Hesab edirik ki,zərərçəkmiş  şəxsin  hüquqi  varisinin  hüquqları  pozulmuşdur. Belə ki, Fətəliyev  Elməddin Yunis oğlunun ictimaiyyətin  gözü  qarşısında, özündən fiziki cəhətdən  zəif  şəxsi  açıq şəkildə,xuliqanlıq  niyyəti  ilə  öldürməsi  baş  verib. Burada  göz  görə-görə xuliqanlıq niyyəti  ilə  adam öldürmə faktı olsa da,məhkəmə  bunu  nəzərə  almamışdır. Biz qərardan  Apellyasiya  şikayəti verəcəyik. Həmçinin  Prokurorluğun  da  protest  verəcəyinə inanırıq.",-deyə  vəkil  bildirib.

 

 

Müəllif: Miri Məcidli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
6572
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43191
Abdullahianın cəsədi tapıldı - FOTO
29999
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24663
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
22662
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20027
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17235
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15102
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11690
Helikopterin qalıqları tapılıb
11657
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8062
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7106
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6948
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6839
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5874
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5465
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5245
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4439
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3948
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
3722