AZ

Millimiz üçün tanış və düşərli olmayan rəqib

Azərbaycan millisinin iyunda yoldaşlıq görüşündə üz-üzə gələcəyi ikinci rəqib olan Qazaxısatan yığması futbolsevərlər üçün tanış simadır.

Futbolinfo.az saytının məlumatına görə, 32 illik müstəqillik dönəmində bu komandalar rəsmi yarışlarda və yoldaşlıq görüşlərində 12 dəfə qarşılaşıblar.

Bunun 3-də qələbə sevinci yaşayan millimiz 5 dəfə meydanı məğlub tərk edib. 4 matçda isə bərabərlik qeydə alınıb. Top fərqində də Qazaxıstan üstündür – 18:15.

Rəqibin əsas üstünlüyü məhz beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında olub.

Azərbaycan və Qazaxıstan millilərinin bütün görüşləri:

8 iyun 1993-cü il. Azərbaycan – Qazaxıstan (U-21) – 3:3 (beynəlxalq turnir)
28 aprel 2004. Qazaxıstan – Azərbaycan – 2:3 (yoldaşlıq görüşü)
6 sentyabr 2006. Azərbaycan – Qazaxıstan – 1:1 (AVRO-2008, seçmə mərhələ)
9 mart 2007. Qazaxıstan – Azərbaycan – 1:0 (beynəlxalq turnir)
6 iyun 2007. Qazaxıstan – Azərbaycan – 1:1 (AVRO-2008, seçmə mərhələ)
3 fevral 2008. Azərbaycan – Qazaxıstan – 0:0 (yoldaşlıq görüşü)
3 iyun 2011. Qazaxıstan – Azərbaycan – 2:1 (AVRO-2012, seçmə mərhələ)
6 sentyabr 2011. Azərbaycan – Qazaxıstan – 3:2 (AVRO-2012, seçmə mərhələ)
26 mart 2016. Azərbaycan – Qazaxıstan – 0:1 (yoldaşlıq görüşü)
5 iyun 2018. Qazaxıstan – Azərbaycan – 3:0 (yoldaşlıq görüşü)
3 iyun 2022. Qazaxıstan – Azərbaycan – 2:0 (Millətlər Liqası)
25 sentyabr 2022. Azərbaycan – Qazaxıstan – 3:0 (Millətlər Liqası)

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla