AZ

İnqilab arzusunda olan erməni keşiş daxili işlər nazirini hədələdi

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Delimitasiya proseslərinə qarşı çıxan revanşist qüvvələr indi də paytaxt İrəvana yürüş təşkil edərək hakimiyyətin istefasının tələb edirlər. Proseslərə başçılıq edən erməni yepiskop Baqrat Srbazyan bu gün jurnalistlərə açıqlamasında  hüquq-mühafizə orqanlarının nümayəndələrinə və xüsusilə də daxili işlər naziri Vahe Qazaryana müraciət edib.

O, naziri hədələyərək deyib: “Xüsusən də Vahe Kazaryana müraciət edirəm. Biz duz-çörəyi birgə paylaşdıq və siz məni yaxşı tanıyırsınız. Əgər yürüş iştirakçıları ilə bağlı qanunsuz əmr verilsə, birinci növbətə siz və rəhbəriniz məsuliyyət daşıyacaq”. 

Tavuş yeparxiyasının rəhbəri bildirib ki, insanlara qarşı hər hansı zorakılıq və ya qeyri-qanuni hərəkətlər edilərsə, onların qarşısında ilk olaraq özü dayanacaq.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla