AZ

“Fransanın səfiri Azərbaycandakı səfirin harda olduğunu bilmirsə...“- Politoloq

Fransanın Ermənistandakı səfiri Azərbaycandakı səfirin harda olduğunu bilmirsə, deməli burda kommunikasiya problemi var.

Politoloq Əli Mustafa bunu News365.az-a açıqlayıb.

"Fransanın diplomatiya idarəsi kordinasiyalı işləmir. Fransanın Ermənistandakı səfiri Azərbaycandakı səfirin harda olduğunu bilmirsə, deməli burda kommunikasiya problemi var. Bəlkədə bilir, amma məqsədli şəkildə bunu etiraf etmir. ABŞ səfiri də açıqlama vermişdi, sonra Şuşaya getdi. Ola bilsin Qərb dövlətlərinin müttəfiqlərinin bir-birlərinə olan mesajıdır. Yəqin onu deməyə əsas gətirir ki, biz Birləşmiş Ştatlardan fərqli olaraq Şuşaya gedib çıxmamışıq. Amma bunlar heçnə ifadə etmir. Azərbaycanın ərazi bütövlüyü tanınanda, xüsusilə Paşinyan "Qarabağ Azərbaycandır" deyəndə Fransa prezidentidə onun yanında idi. Ondan sonra bütün bunların siyasi məzmunu mahiyyəti yoxdur. Fransa Azərbaycan münasibətlərinə gəldikdə mən düşünürəm ki, bir qədər gərginliklər olsa da bu münasibətlərdə tənzimlənəcək"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq