AZ

Lənkəranda əməliyyat: narkokuryerdə 22 kq marixuana aşkar olundu

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısınınalınması məqsədilə ötən gün növbəti əməliyyat keçirib.

Nazirlikdən Trend-ə verilənxəbərə görə, tədbir nəticəsində Qafarzadə Rövşən Sakit oğluƏlət-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçənhissəsində saxlanılıb.

Onun üzərindən 22 kiloqram tərkibi psixotrop maddələrləzənginləşdirilən marixuana və 1240 ədəd metadon həbi aşkarlanıb.R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İranvətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonuərazisindən əldə etdiyini bildirib.

O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bunarkokuryerliyinin müqabilində 3000 manat əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
47
Mənbələr
Şərh ()
Bağla