AZ

Antalyada təyyarə təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib, 190 nəfər təxliyə edilib

Antalyada "Corendon Airlines"a məxsus Köln-Qazipaşa reysini həyata keçirən təyyarə ön təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib.

APA xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlamasında 190 nəfərin təxliyə edildiyini, xəsarət alanın olmadığını bildirib:

"09.05.2024-cü il tarixində saat 11:00 radələrində “Corendon Airlines”ə məxsus Köln-Qazipaşa reysini yerinə yetirən B738 tipli təyyarənin eniş zolağına endikdən sonra təkəri partlayıb və onun ön dayağı zədələnib. Uçuş zolağında qalan təyyarədən 184-ü sərnişin və 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfər təxliyə edilib. Sərnişinlərdə xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib. Texniki qrupun yoxlamasından sonra təyyarə uçuş-enmə zolağından çıxarılacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
8
apa.az

10Mənbələr