AZ

Ermənistanda sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladıldı

Ermənistanın İstintaq Komitəsi aprelin 20-dən Azərbaycanla sərhədin delimitasiyasına etiraz aksiyalarında iştirak edən 16 nəfərə qarşı cinayət təqibi başladıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçılarının cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb.

Qeyd olunur ki, yolları bağlayarkən avtoxuliqanlıq, qəsdən əmlaka zərər vurma, fiziki güc tətbiq etmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarını pozma faktları ilə bağlı 7 iş başlanıb.

Qalan 4 iş təkərlərin zədələnməsi, etiraz aksiyaları zamanı zorakılığa çağırışlar, həmçinin silahların əldə edilməsi və saxlanması ilə bağlıdır.

Təqsirləndirilən 9 nəfər həbs edilib, biri ev dustaqlığındadır.

Daha 3 nəfərə ölkəni tərk etməmək qadağası qoyulub, 1 nəfər inzibati nəzarət, 1 nəfər isə tərbiyəvi nəzarət altındadır.

Bu hallarla bağlı istintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
16
Mənbələr
Şərh ()
Bağla