AZ

Ukrayna PUA-sı Başqırdıstanda: “Qazprom”un zavodunu vurdu

Cümə axşamı günortadan sonra Başqırdıstanda "Qazprom Neftexim Salavat" zavoduna pilotsuz təyyarə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə rayon rəhbəri Radiy Xabirov özünün Telegram kanalında məlumat verib.

Hadisə yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə 12:00) Salavat şəhərinin sənaye zonasında baş verib. Zavodun qurğularından birində tüstü yaranıb.

“Müəssisə normal rejimdə işləyir”, - deyə Xabirov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla