AZ

Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək 

Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qanunsuz tikililər və sənədsiz evlərin taleyidir. Belə evlərin əksəriyyəti Bakı və Abşeron rayonu ərazisində yerləşir. İllər keçsə də, vaxtilə tikinti təyinatı olmayan ərazilərdə tikilmiş bu evlərə çıxarış verilmir. Lakin son vaxtlar sənədsiz evlərə amnistiya tətbiq edilməsi gündəmdədir. 

Bəs bu proses necə aparılacaq və hansı evlərə şamil olunacaq? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz ev var: 

“Hazırda ölkə ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Bakı və böyük şəhərlərdə hazırda bu tip evlərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, bu bir nəticə vermədi”. 

Ekspert yaxın vaxtlarda bu istiqamətdə portalın fəaliyyətə başlayacağını qeyd edib: 

“2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi nəzərdə tutulub. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə işlər aparılır və çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36569
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24099
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13032
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11609
Helikopterin qalıqları tapılıb
11026
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7761
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6406
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5664
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4670
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3845
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3338
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3113
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2334
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2258