AZ

Cəfərova Dünya kubokunda 9-cu olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda qadınların skit yarışlarında təsnifat mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan atıcılarından həlledici raunda vəsiqə qazanan olmayıb.

117 xalla 9-cu olan Nurlana Cəfərovanı finaldan iki xal ayırıb. Reqina Meftahətdinova 108 xalla 32-ci, Sevda Mustafayeva 99 xalla 43-cü, Cəmilə Paşayeva 89 xalla 45-ci yeri tutub.

Qeyd edək ki, bu növdə mükafatların sahibləri günün ikinci yarısında bəlli olacaq.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
idman.biz

1Mənbələr