AZ

Slovakiya-Azərbaycan əlaqələri... -  Balanslı və müstəqil siyasətin bariz nümunəsi

Dünya siyasi elitasının müharibələrlə məşğul olduğu bir zamanda Azərbaycanın dünyaya sülh mesajları verməsi İlham Əliyevin dünya siyasi elitasında xüsusi nüfuza malik olduğunu bir daha göstərir.  30 ildən daha çox zamanı əhatə edən Azərbaycan Slovakiya münasibətlərinin inkişafında Cənab Prezident İlham Əliyevin rolu danılmazdır. Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Eyni zamanda bu sənəd iki ölkənin yürütdüyü müstəqil siyasətin təzahürüdür. Siyasətdə eyforiyaya qapılmaq çox ciddi problemlərə gətirib çıxara bilər. Cənab Prezidentin hadisələri çox düzgün qiymətləndirməsi təkçə Azərbaycan üçün yox eyni zamanda onun tərədaşları üçün də, böyük üstünlük yaradır.
 
  Müdafiə sənayesi sahəsində Azərbaycanın təcrübə və istehsal qabiliyyəti artıq bütün dünyada öz cəzbediciliyini artırıb. 44 Günlük Vətən Müharibəsindən sonra hərb sahəsində bir Azərbaycan modeli formalışıb, maraq yaradıb. Azərbaycanın istehsal etdiyi hərbi məhsulların dünya bazarına çıxarılması iqtisadiyyatımıza yeni salınan bir işığın ilk zərrələridir. Artıq müdafiyə sənayemizin böyük ixrac potensialına sahib olması heç kəsdə şübhə doğurmur. Müdafiyə sənayesi sahəsində əməkdaşlıq daha çox Slovakiya tərəfi üçün maraqlıdır. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.
 
Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq.
 
  Avropa enerji sınağına çəkildiyi bir vaxtda Azərbaycan etibarlı tərəfdaş olduğunu bir daha sübüt etdi. Avropaya nəql edilən təbii qazın çatdırımasında heç bir problem olmamaqla yanaşı artıq yeni bazarlara da, qaz ixracına imkanlar araşdırılır və etibarlı bazarlara qaz ixracı potensialı günü gündən artırılır. Yeni qaz ixrac olunacaq ölkə Slovakiyadır ki bu da Azərbaycan qaz ixrac etdiyi 9 – cu ölkədir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Onu da, qeyd edimki Azərbaycanın qaz və enerji sahəsində ən böyük üstünlüyü tam müstəqil şəkildə tərəfdaşları ilə bağladığı müqavilələri vaxtında və layiqincə icra etməsidir.
 
Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır. İqlim dəyişkiliyi çevrə çirklənməsi fonunda Azərbaycanın yaşıl enerji sahələrinə investisiya ayırması dünya eko sisteminə və təşkilatlarına ölkəmizin verdiyi dəstəyin bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərimizə dünyanın müxtəlif şirkətlərinin cəlb olunması eyni zamanda bir siyasi düşüncənin təşəkkül tapmasıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə çalışan şirkətlər və digər ölkələrin nümayəndələri bu ərazilərin qədim tarixi ilə daha yaxından tanış olaraq işğal dövründə burada törədilmiş vəhşiliklərin canlı şəkildə şahidi olurlar. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir.
 
Sonda onu qeyd edim ki, Azərbaycan Slovakiya münasibətlərinin yüksələn xətlə inkişafı birbaşa cənab Prezident İlham Əliyevin apardığı balanslı və müstəqil siyasətin bariz nümunəsidir.
 
Elçin Cəfərli ,
Bərdə rayon Məmmədli kənd tam orta məktəbin direktoru
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
1
Mənbələr
Şərh ()
Bağla