AZ

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Ölkəmizə gələn turistlər əsasən ictimai nəqliyyatda xidmətin səviyyəsindən və qiymətlərdən narazıdırlar.

Valyuta.az-ın məlumatına görə, müxtəlif ölkələrdən qonaq gələnlər daha çox nəqliyyatdan gileylənirlər.

Taksi sürücüləri isə onlara qarşı səsləndirilən iddiaları əsassız saymırlar. Bunun isə kökündə fərqli amillərin olduğunu bildirirlər.

Turistləri narahat edən bir digər məqam isə bölgələrə gedən nəqliyyat vasitələrinin, daha dəqiq desək, qatarların az olmasıdır.

Metrodakı sıxlıq isə nəinki paytaxt sakinlərinin, hətta tursitlərin də haqlı narazılığına səbəb olub.

Bəs taksilərdə qiymətin tənzimlənməsi üçün avtomobillərə taksometr quraşdırılması nəzərdə tutula bilərmi.

Məsələ ilə bağlı Yerüstü Nəqlyyat Agetliyindən bildirilib ki, taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi,  minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərində gediş haqqının müəyyən edilməsi üçün taksometr və ya proqram təminatından istifadə olunur.Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqları proqram təminatı ilə hesablanır. Taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.

Daha ətraflı Xəzər Tv-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla