AZ

Rusiya sərhədçiləri Ermənistanın bu ərazilərində qalacaq

Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması razılaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Onun sözlərinə görə, Rusiya sərhədçiləri yalnız Ermənistanın Türkiyə və İranla sərhədində qalacaqlar. .

“Bəli, bu doğrudur, 2020-ci ilin payızında Ermənistan tərəfinin tələbi ilə bizim hərbçilər və sərhədçilər Ermənistanın bir sıra bölgələrində yerləşdiriliblər ki, bu gün şərtlərin dəyişməsi ilə bağlı belə bir şeyə ehtiyac yoxdur. Buna görə də prezident Putinlə ordumuzu, sərhədçilərimizi geri çəkməsi razılaşdırılıb”.

Peskov qeyd edib: “Ermənistan tərəfinin tələbi ilə sərhədçilərimiz Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaq və öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər".


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
43
Mənbələr
Şərh ()
Bağla