AZ

“PRİME AGENCY” nüfuzlu “EVENTEX AWARDS 2024” müsabiqəsinin qalibi seçildi

14-cü Global Eventex Awards - tədbir və marketinq sahəsində dünyanın aparıcı mükafatının qalibləri məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, bu il müsabiqə tarixində rekord sayda iştirakçı olub. 

Belə ki, 6 qitə və 62 ölkədən 1207 iştirakçı arasından səsvermə nəticəsi ilə seçilmiş qaliblər sırasına Azərbaycan şirkəti PRIME AGENCY
daxil edilib.

Şirkət “Agency of the Year” və “People’s Choice Agency” nominasiyaları üzrə 2 Gümüş mükafat qazanıb.

“Əlbətdə ki, Azərbaycan şirkəti olaraq, bu nəticə PRIME AGENCY üçün böyük uğur və qürur mənbəyidir. Tədbirlər və marketinq sənayesinin qlobal ekspertlərindən ibarət münsiflər heyətindən müsbət rəylər almaq və xal toplayaraq dünyanın hər yerindən qatılan bir çox agentlik və layihələr arasında tanınmaq və mükafatlandırılmaq həqiqətən də qürurverici andır. Eyni zamanda, ölkə daxilində həyata keçirdiyimiz layihə və tədbirlərin beynəlxalq səviyyədə müsbət dəyərləndirilməsinin bariz nümunəsidir”, - deyə şirkətin təsisçisi və direktoru Fərid Məmmədov vurğulayıb. 

2009-cu ildə yaradıcılıq, innovasiya və performansı tanıtmaq üçün təsis edilən Eventex Awards, bu gün tədbirlər və marketinq dünyasında ən böyük mükafat sayılır. Hər il müsabiqə tədbirlər və marketinq dünyasından ən yaxşı agentlikləri, tədbirləri və texnologiyaları mükafatlandırır. Bu il ən çox Qızıl mükafat qazanan şirkət və layihələr ABŞ, Qətər və Almaniyadan olan iştirakçılar olub.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
Mənbələr
Şərh ()
Bağla