AZ

Gədəbəydə “Yaşıl marafon" qaçışı - FOTO

Bu gün Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Yaşıl marafon" qaçışı keçirilib.

İdman.biz xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışda 2010-2011-ci il təvəllüdlü uşaqlar 1.609 km məsafəni qət ediblər.

Qadınlar arasında Fidan Mustafazadə (5.28) birinci olub. Aynur Əsgərova (5.52) və Həbibə Əsgərova (6.16) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Kişilər arasında Rihad Mustafayev (3.50), Samid Əliyev (4.25), Cahid İbrahimov (4.26) ilk üçlükdə qərarlaşıblar.

Yarışdan əvvəl təmizlik aksiyası təşkil olunub. Aksiya zamanı ərazilərdə təmizlik işləri aparılıb. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və əhalinin sağlam həyat tərzinə cəlb olunmasıdır.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
11
Mənbələr
Şərh ()
Bağla