AZ

Azərbaycanda qaya uçqunu olub - FOTO

Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Hadisə yerinə agentliyin əməkdaşları və texnikası cəlb olunub. Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
28
Mənbələr
Şərh ()
Bağla