AZ

Trampdan sensaion dəyişim - Artıq kripto valyutalara güvəndiyini açıqladı

ABŞ-də prezidentlik yarışı davam etdiyi bir vaxtda Donald Tramp, seçki kampaniyasında kripto valyutalardan fəal istifadə etmək niyyətində olduğunu deyib.

Valyuta.Az-ın verdiyi xəbərə görə, Donald Trampın kripto valyuta dünyası ilə bağlı son açıqlamaları  onun bu sahəyə münasibətinin dəyişdiyini göstərir. Əvvəllər kripto valyutalara qarşı şübhəli bir mövqe tutan Tramp, xüsusilə "Bitkoin"i fırıldaqçılıq kimi dəyərləndirmişdi.

Tramp, kripto valyutaların potensialını və ABŞ-də bu yeni texnologiyaya dəstək göstərilməsinin əhəmiyyətini vurğulayaraq, bu sahədəki investorları özünə cəlb etməyə çalışır. Kampaniyasında blokçeyn texnologiyasına xüsusi önəm verən Tramp, bu texnologiyanın federal hökumətdəki səmərəliliyi artıracağına və şəffaflığı təmin edəcəyinə inanır. Həmçinin, kripto valyutaların iqtisadi böyüməyə töhfə verə biləcəyini və Amerikan iqtisadiyyatının rəqəmsallaşma prosesində mühüm rol oynaya biləcəyini qeyd edir.

Donald Trampın bu yeni yanaşması həm dəstəkçiləri, həm tənqidçiləri arasında diqqət çəkən bir məsələyə çevrilib. Bu yanaşma, xüsusilə texnologiyanı dəstəkləyən gənc seçicilər arasında böyük maraq doğurduğu halda, ənənəvi maliyyə dairələrində bəzi şübhələrə yol açıb. 

Son hesabatlara görə, Trampın 500 min dolları aşan "Ethereum" varlığı var və bunların bir hissəsi NFT layihələri ilə əlaqəlidir.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
Mənbələr
Şərh ()
Bağla