AZ

Məğlubiyyəti Noyerin ayağına yazdı: 100 il etməyəcəyi səhvə yol verdi

"Bayern"in baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Real"a məğlubiyyətin (1:2) səbəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, almaniyalı mütəxəssis heyətlə bağlı problemlərin olduğunu bildirib:

“Mən əzab çəkirəm. Özümüzə gəlməyimiz üçün vaxt lazımdır. Bütün gücümüzü meydanda buraxdıq. Təbii ki, bunu qəbul etmək çətindir, amma bu, reallığın bir hissəsidir.

Ancaq digər tərəfdən, çox sayda zədəlimiz, spazmlarla bağlı problemimiz var idi. Dörd hücumçu ilə başladıq və sonda onların hamısı meydanı tərk etdi. Sonra isə bütün gecəni parlaq şəkildə bizi xilas edən Manuel Noyer bundan sonra 100 il etməyəcəyi səhvə yol verdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
4
Mənbələr
Şərh ()
Bağla