AZ

Gürcüstan XİN : “Ölkə mütləq Avropa İttifaqına daxil olacaq”

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib ki, Tbilisi Avropa İttifaqına (Aİ) üzvlükdən başqa alternativ görmür və ölkə Avropaya inteqrasiyaya yönəlmiş hərtərəfli islahatları davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İmedi” məlumat yayıb.

“Avropa İttifaqına daxil olmaq məqsədinə mütləq nail olunacaq. 2023-cü il dekabrın 14-də Gürcüstana namizəd statusunun verilməsi bu yolda böyük addım idi, Avropa İttifaqı ilə münasibətlərimizi yeni strateji səviyyəyə qaldırdı və Gürcüstanın Avropaya inteqrasiyasını dönməz prosesə çevirdi”.

O, Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğunu və bunun alternativinin olmadığını vurğulayıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri əmin edib ki, o, ölkənin hərtərəfli islahatları davam etdirəcəyinə və Avropaya inteqrasiya prosesinin başa çatacağına qəti inanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
operativmm.az

1Mənbələr