AZ

Qurbanov AFFA-ya inanır

Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov yığmaya hansı baş məşqçinin gətiriləcəyindən xəbərsizdir.

Bunu İdman.bizə futbol veteranının özü açıqlayıb.

O bildirib ki, milliyə kimin gətiriləcəyini bilməsə də, AFFA-nın düzgün seçim edərək yaxşı addım atacağına inanır: “Mən bu barədə bir dəqiq məlumatım yoxdur. Xeyirlisi olsun. Düşünürəm ki, AFFA rəhbərliyi hansı məşqçinin gəlməsini məsləhət görsə, o da Azərbaycan futbolu üçün yaxşı bir addım olar”.

Qeyd edək ki, Canni de Byazi ilə müqavilə başa çatdıqdan sonra millimiz yarım ilə yaxındır baş məşqçisizdir.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
idman.biz

1Mənbələr