AZ

Ruben Vardanyan Rusiya üçün önəmli şəxs deyil - AÇIQLAMA

Keçmiş separatçı qurumun "dövlət naziri", hazırda Azərbaycanda həbsdı olan Ruben Vardanyan "xeyriyyəçilik və humanitar fəaliyyətinə görə" 2024-cü il üçün Nobel sülh mükafatına namizəd göstərilib. Ruben Vardanyanın ofisindən verilən məlumata görə, onun namizədliyi bir neçə önəmli şəxslər tərəfindən irəli sürülüb. 

 

Bir müddət əvvəl isə ilk olaraq ukraynalı deputatlar terrorçuluğu maliyyələşdirməyə görə hazırda Bakıda həbsdə saxlanılan qondarma “Artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyanın namizədliyini rədd etmək üçün Nobel Komitəsinə açıq müraciət ünvanlayıblar. Ukraynalı parlamentarilər bildiriblər ki, nüfuzlu mükafata namizədlər siyahısında Vardanyanın yeri yoxdur.

 

Müraciəti imzalayanlar bəyan ediblər ki, onlar “terrorizm və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiya təcavüzünün sponsoru və Ukraynanın düşməni olan şəxsin Nobel sülh mükafatına namizədliyini irəli sürməyi qəbuledilməz və absurddur".

 

 Rusiya vətəndaşlığından çıxıb qondarma rejimdə fəaliyyət göstərməyə başlayan Vardanyanın sülh namizədliyinə Rusiyanın necə reaksiya verəcəyi maraq doğurur.

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, həmin şəxs Rusiya üçün maraqlı deyil:

 

“Nobel Sülh Mükafatı laureatlarının heç də hamısının fəaliyyəti birbaşa olaraq Alfred Nobelin vəsiyyətində deyildiyi kimi sülhə töhfə verənlərlə bağlı olmayıb. Sülh Mükafatının dünya mediasında müzakirə olunan mövzularla bağlı ictimai xadimlərə və siyasətçilərə verilməməsinə dair kifayət qədər nümunələr var. Amma bu o demək deyil ki, Ruben Vardanyanın Nobel Sülh Mükafatı laureatı ola biləcək. Vardanyan separatçı qüvvələri dəstəkləyib və dünya tərəfindən qəbuledilməzdir. Bu kimi çıxışlar sadəcə ictimaiyyətin nəbzini yoxlamaq üçün atılan addımlardır. Böyük ehtimalla belə bir şey mümkün olmayacaq. Ən pis halda belə hal yaşanarsa, mükafatın dəyərinə səbəb ola bilər. Bu mükafata potensial namizədlər arasında rəqabət adətən çox yüksək olur. Yenə də 2024-cü ildə bu mükafatın Rusiya-Ukrayna münaqişəsi mövzusu ilə əlaqəli şəxslərə verilə biləcəyi ehtimalı yüksəkdir.

 

Başqa bir ehtimal odur ki, 2024-cü il mükafatı laureatları qadın hüquqları uğrunda mübarizə ilə əlaqələndirilə bilər. Moskvanın rəsmi mövqeyinə gəlincə, çətin ki, Rusiya rəsmiləri Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı xəbərlərə diqqət yetirsinlər. Çox güman ki, onlar öz şərhlərində bu mövzudan maksimum yayınmağa çalışacaqlar. Çünki bu şəxs Rusiya üçün o qədər də əhəmiyyətli deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
50
Mənbələr
Şərh ()
Bağla