AZ

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Vyana, 9 may, AZƏRTAC

9 May - Qələbə Gününün 79-cu ildönümü Polşada faşizmlə mübarizə aparmış qəhrəmanlardan azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı başında qeyd olunub. Anım mərasimində Azərbaycanın Polşadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəliyi aparatının rəhbər və əməkdaşları, həmçinin Polşanın müftisi Tomaş Miskeviç iştirak ediblər.

AZƏRTAC xəbər verir ki , səfir Nərgiz Qurbanova faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan, istər ön, istərsə də arxa cəbhədəki qəhrəmanlığı və fədakarlığından bəhs edib. Qeyd olunub ki, şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, igidliyə görə 130 nəfərdən çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb və 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Ardınca Azərbaycan və Polşanın hərb tarixində dərin iz qoymuş, faşizmlə mübarizədə müstəsna xidmətləri ilə seçilmiş və Varşava üsyanında iştirak etmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigardan, onun söy-kökündən, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa silahlı qüvvələri üçün önəmli xidmətlərindən danışılıb. Mərasim iştirakçılarına məlumat verilib ki, Argentinaya mühacirət etməyə məcbur qalmış polkovnik Vəli bəy Yadigar 1971-ci ildə Buenos-Ayresdə vəfat etməsinə baxmayaraq, azad Polşada dəfn olunmasını vəsiyyət edib. Bu səbəbdən 1990-cı ildə onun və həyat yoldaşının cənazəsi Varşavaya gətirilərək “müsəlman-tatar qəbiristanlığı”nda dəfn olunub.

Mərasim çərçivəsində Vəli bəy Yadigarın məzarına çələng qoyulub, onun ruhuna “Quranı-Kərim”dən ayələr oxunub, dualar edilib. Anım mərasiminin ardınca “müsəlman-tatar qəbiristanlığı”nın inzibati binasında ehsan süfrəsi açılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
72
3
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43862
Abdullahianın cəsədi tapıldı - FOTO
31722
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
25530
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24737
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20097
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17565
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15143
Helikopterin qalıqları tapılıb
11730
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11710
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8123
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7649
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6961
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6893
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5907
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5317
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4578
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4458
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3962