- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Publika.az bu barədə KOBİA-ya istinadən xəbər verir.
Memorandumda KOB sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə müxtəlif tədbirlər nəzərdə tutulur. Sənədi KOBİA-nın sədri Orxan Məmmədov və DEİK-in sədr müavini Erdal Eren imzalayıb.
Anlaşma Memorandumu iki ölkə arasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumat mübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzar dairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgə tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.
O. Məmmədovun İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcukla keçirdiyi görüşdə qarşılıqlı ekspert mübadiləsi imkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcək tədbirlərin təşkili, eləcə də cari ildə Bakıda keçiriləcək Azərbaycan Halal Biznes və Turizm Forumuna təşkilati dəstək məsələləri müzakirə edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.