AZ

Zelenski sabiq komandanı Britaniyaya səfir GÖNDƏRDİ

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnıni Böyük Britaniyaya səfir təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Qərara əsasən, Zalujnı hərbi xidmətdən uzaqlaşdırılıb. Qeyd olunur ki, o, sağlamlığına görə xidmətdən çıxarılıb.

 

Ukrayna mətbuatı bildirir, Valeri Zalujnı hərbi həkim komissiyasından keçib, nəticədə o, hərbi xidmətə yararsız hesab edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
modern.az

10Mənbələr