AZ

Putin terror aktı ilə bağlı verilən başsağlığına görə Tacikistan prezidentinə TƏŞƏKKÜR ETDİ

Putin Tacikistan prezidentinə təşəkkür edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emoməli Rəhmonla danışıb

Putin “Krokus”da terror aktından sonra verilən başsağlığına görə Tacikistan prezidentinə təşəkkür edib.

“Başsağlığı sözlərinizə görə təşəkkür edirəm. Terror hadisəsi ilə bağlı bunu ilk deyənlərdən biri siz oldunuz”, – Putin deyib.

Qeyd edək ki, Rusiya və Tacikistanın xüsusi xidmət orqanlarının ümumi terror təhdidlərinə cavab vermək üçün işi qurulub.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla