AZ

Bu müavinət 2 dəfə artırıla bilər

Veteran pulunun artırılması ilə bağlı büdcə müzakirələrində də təkliflərimizi vermişdik və məbləğin iki dəfə artırılmasını təklif edirik. 

“Ölkə.Az” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, veteran pulu müəyyənləşdikdən sonra xərclərdə 2 dəfəyə yaxın artım olub:

“Müharibə iştirakçılarının müavinəti müharibə veteranlarına verilən vəsaitdir. Yəni, bu, müharibədə iştirak edən əlilliyi olmayan vətəndaşlarımıza ödənilən vəsaitdir. Bu vəsaitin ödənilməsində məqsəd kommunal və digər xərclərin qarşılanması, dövlət tərəfindən dəstək olaraq kompensasiya edilməsidir. Qiymətləndirmələr göstərir ki, veteran pulu verilməyə başladıqdan sonra bu xərclərin strukturunda 2 dəfəyə yaxın artım olub”. 

Millət vəkilinin sözlərinə görə, Ombudsman institunun illik hesabatında da verilən təkliflərdən biri veteran pulunun artırılması ilə bağlı idi: “Hesabat Milli Məclisə təqdim olundu, rəsmi olaraq yayımlandı. Müxtəlif qurumlar tərəfindən bu məbləğə baxılıb artırılmaslı təklif olunur”. 

“Büdcə müzakirələrində bu artımın maliyyə yükünün hesablanması, razılaşdırılması və buna uyğun qərarın verilməsini təklif etdik. Qiymətləndirmə aparıldıqdan sonra bu istiqamətdə addımların atılmasının mümkün olacağını güman edirik. Maliyyə imkanları və fiskal gəlirlər istiqamətində daha qısa müddətdə addımın atılmasını məqsədəuyğun hesab edirik. Nəzərə alsaq ki, Azərbaycanda müharibə veteranlarına xüsusi qayğı var, onların sosial müdafiəsi də prioritetdir”, - deyə V. Bayramov əlavə edib.

Könül
Ölkə.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
Mənbələr
Şərh ()
Bağla