AZ

Həzi Aslanovun abidəsi ziyarət olunub - FOTO

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub. Bakı şəhərində keçirilən anım mərasimlərində, həmçinin Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədovun abidələri və "Qardaşlıq Məzarlığı" da ziyarət olunub. Bundan başqa hərbi hissələrdə 9 May - Qələbə Günü münasibətilə tədbirlər keçirilib.

 

Tədbirlərdə Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının şücaətindən danışılıb, onların əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
8
Mənbələr
Şərh ()
Bağla