AZ

Yaylaqlarımız da azaddır! - Mal-qaranın köçürülməsinə hazırlıq GEDİR

Azad edilən ərazilərə "Böyük Qayıdış" prosesi tam sürətilə davam edir. Proses çərçivəsində minlərlə vətəndaş öz doğma yurduna qayıdıb.

 

"Böyük Qayıdış" yalnız insanların doğma yurd-yuvasına qayıdışı deyil, bu həm də heyvandarlıq təsərrüfatının və arı ailələrinin işğaldan azad edilmiş ərzilərə köçürülməsini ehtiva edir. Bunun üçün artıq xüsusi portal yaradılıb və qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib.

 

Keçən il rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatları yaylaqlara köçürülüb. İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara keçən il rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi təmin edilib. 3700-ə yaxın qoyunçuluq və arıçılıq təsərrüfatı mövsümü Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçirib.

 

"Yaylaqlara köçlə bağlı qeydiyyat davam edir"

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Modern.az-ın sorğusuna cavab olaraq qeyd edib ki, hazırda azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat davam edir:

 

“Qeydiyyatdan keçənlərin sayı yekunda bilinəcək. Hazırda mina təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi mərhələsindəyik. Birinci təlim ayın 25-i başa çatacaq. 4000 fermer təsərrüfat rəhbəri iştirak edib. İkinci mərhələ gələn həftə başlayacaq. Bu ildə daha çox təsərrüfatın rəhbərləri prosesə cəlb olunur. Təlimlər ANAMA ilə birlikdə Füzuli rayonu, Gəncə, Sumqayıt, Yevlaxda keçirilir.  Həmin dövründə qeydiyyatdan keçməmiş və ya qeydiyyatdan keçib hansısa səbəbdən təlimə gəlməyənlər üçün gələn həftədən başlayaraq təlimlərin ikinci mərhələsi keçiriləcək".

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirir ki, "Böyük Qayıdış"ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün çox vacib prosesdir: 

 

“Sözsüz ki, kənd təsərrüfatının inkişafı dövlətin qarşısında duran əsas məsələdir. Bu gün işğaldan azad olunmuş ərazilərdə çox mühum işlər görülür, minalardan təmizlənir. İnsanların təhlükəsizliyi üçün imkanlar yaradılır. Arıçılıq təsərrüfatının inkişafı üçün işlər görülür. Belə bir şəraitdə mal-qaranın, arı ailələrinin köçürülməsi zərurətə çevrilir. Çünki tarixən Laçın, Kəlbəcər, digər dağlıq rayonlara aran  rayonlarından mal-qaranın köçürülməsi ənənəvi olub. İşğal dövründə bu, mümkün olmayıb. Artıq sahibkarlar həmin ərazilərə özlərinin mal-qaralarını köçürməyi çox vacib hesab edirlər. Bu Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə həyata keçirilir. Həmin sahibkarlar elektron formada qeydiyyatdan keçirlər. Müəyyən qanun-qaydalara əsasən öz heyvanların həmin yaylaqlara köçürülər. Əlbəttə bu çox vacib məsələdir. Həm heyvanların sağlamlığı, məhsuldarlığın artırılması baxımdından çox əhəmiyyətlidir. Həmin ərazilər heyvanların məhsuldarlığı baxımdan çox əlverişli zonalardır.  Bir neçə ay ərzində orada mal-qaranın kökəldilməsi yüksək məhsuldarlığa çatdırılması üçün imkanlarvar. Bu da ət məhsullarının qiymətinin aşağı salınmasına,  keyfiyyətli ət məhsulları ilə təminat üçün faydalıdır. İndi həmin ərazilər daha çox yaralıdır. Minalardan təmizlənmə işləri sürətlə davam edir”.

"Aqrar sahənin inkişafı üçün çox vacibdir"

 

Qeyd edək ki, 2023-cü il mövsümündə 1177 qoyunçuluq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına qalxıb. Kəlbəcər yaylaqlarında 748, Laçın yaylaqlarında isə 429 qoyunçuluq təsərrüfatları minalardan təmizlənmiş ərazilərdə yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına ümumilikdə 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır - 195936 baş. Laçın yaylaqlarına isə 114970 baş xırdabuynuzlu heyvan aparılıb.

 

Tahir Rzayev hesab edir  ki, əvvəlki illə müqayisədə bu il daha çox arı ailələri, heyvanlar işğaldan azad olunmuş  ərazilərə köçürüləcək:

 

“Təbii, bunun müəyyən şərtləri var. Həmin şərtlərə sahibkərlar əməl etməlidirlər. Bu aqrar sahənin inkişafı üçün çox vacibdir. Gələcəkdə nəinki Laçın, Kəlbəcər rayonuna eləcə də digər ərazilərə mal-qaranın köçürülməsi təmin olunmalıdır”.

 

Qeyd edək ki, qəbul olunmuş qaydalara əsasən, fermerlər yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların sayının 10 faizi qədər iribuynuzlu heyvan da apara bilərlər. Bununla da 2023-cü il yaylaq mövsümündə hər iki rayonun yay otlaqlarına ümumilikdə 350 min başa yaxın heyvanın aparılması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43859
Abdullahianın cəsədi tapıldı - FOTO
31720
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
25521
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24737
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20097
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17565
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15143
Helikopterin qalıqları tapılıb
11730
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11710
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8123
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7649
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6961
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6893
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5907
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5317
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4577
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4458
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3962