AZ

İrəvanda Paşinyana qarşı mitinq keçilir - VİDEO

Bu saatlarda İrəvanın mərkəzindəki Respublika meydanında keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş iştirakçılarının hakimiyyət əleyhinə mitinqi keçirilir.

Modern.az xəbər verir ki, mitinqi bəzi erməni internet mediası canlı yayımlayır.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər.

İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib. Hökumət binasının qarşısında polis bir neçə cərgədən ibarət kordonda düzülüb.
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
modern.az

10Mənbələr