AZ

3 güləşçimiz 1/4 finalda, 1-i uduzub

Bu gün güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

Offsideplus.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.

Azərbaycan millisinin 4 “klassik”i Paris-2024-ə son lisenziyalar üçün mübarizə aparacaq. Təmsilçilərimiz bunun üçün ilk üç yerdən birini tutmağa çalışacaq.

Yunan-Roma güləşi
60 kq

Murad Məmmədov təsnifat mərhələsində Aleksandrs Yurkyans (Latviya) ilə qarşılaşıb. O, 10:1 hesabı ilə qələbə qazanıb. Yığma üzvü 1/8 finalda Kristofer Kramerlə (Almaniya) münasibətinə aydınlıq gətirib. Məmmədov bu görüşdən də üstün ayrılıb - 10:1. Murad 1/4 finalda polşalı Mixal Tratsla güləşəcək.

87 kq
Rafiq Hüseynovun təsnifat mərhələsindəki rəqibi İlyas Paqkalidis (Yunanıstan) olub. Titullu güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Hüseynov ikinci qarşılaşmasında hindistanlı Kumar Sunilə də gücünü göstərib - 4:3. İkiqat dünya çempionumuz növbəti sınağında Aleks Kessidislə (İsveç) üz-üzə gələcək.

97 kq
Təsnifat mərhələsindən yarışa başlayan Murad Əhmədiyev Riçard Karelsonu (Estoniya) sınağa çəkib. Sonuncu xal prinsipi ilə qələbə qazanan (1:1) Murad 1/8 finalda Yuri Nakazato (Yaponiya) ilə görüşüb və məğlubiyyətə üzülüb - 1:3.

130 kq
Sabah Şəriəti təsnifat mərhələsində Nikolaos Ntunyasa (Yunanıstan) qalib gəlib - 8:3. O, 1/8 finalda Roman Kimlə (Qırğızıstan) qüvvəsini sınayıb. Tam üstünlüklə (10:0) qalib gələn Olimpiya mükafatçısı 1/4 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi İstanbuldakı turnirədək sərbəst güləşdə 6, yunan-Roma güləşində 2 lisenziya qazanıb. Sabah qadın millimizin 5 güləşçisi xalça üzərinə çıxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44251
Abdullahianın cəsədi tapıldı - FOTO
32573
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26892
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24769
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20143
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17776
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15154
Helikopterin qalıqları tapılıb
11769
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8165
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7985
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6968
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6920
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5915
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5364
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4923
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965