AZ

Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu

Meksikada isti hava dalğası səbəbindən elektrik enerjisinə tələbatın artması nəticəsində 21 ştatda elektrik enerjisi kəsilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin 32 əyalətindən 21-də elektrik enerjisi kəsildiyi üçün fövqəladə vəziyyət elan edilib. Hadisə su təchizatı və siqnalizasiya sistemlərində də problemlər yaradıb.

Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, elektrik enerjisinin kəsilməsinə havanın temperaturunun normadan yüksək olması səbəb olub.

Vasif
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla