AZ

“Barselona” futbolçusuna yarım milyard avro qiymət qoydu

“Barselona” müdafiəçisi Pau Kubarsi ilə müqaviləsini yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 17 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 30 iyun 2027-ci il tarixinədək nəzərdə tutulub. 

Müqavilədə 500 milyon avroluq təzminat bəndi də var. Kubarsini almaq istəyən klublar sözləşməyə xitam vermək üçün bu məbləği ödəməli olacaqlar. 

Qeyd edək ki, Pau cari mövsümdə La Liqada 15, Çempionlar Liqasında isə 3 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
11
Mənbələr
Şərh ()
Bağla