AZ

İki eks-xarici işlər naziri Paşinyana qarşı mitinqə qoşuldu

Bu saatlarda İrəvanın mərkəsindəki Respublika meydanında keşiş Baqrat Qalstanyanın rəhbərliyilə hakimiyyət əleyhinə mitinqi keçirlirş

Modern.az xəbər verir ki, Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş xarici işlər nazirləri Vardan Oskanyan, Ara Ayvazyan da mitinqə qoşulublar.

Vardan Oskanyan jurnalistlərlə söhbətində hərəkata qoşulmasını qısaca belə şərh edib: “Mesaj arxiyepiskopdandır. Artıq dəyişiklik vaxtıdır”.

Ara Ayvazyan mitinqə qoşulması ilə bağlı suala “başqa variant yoxdur” cavabını verib.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər.

İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla