AZ

Putinin andiçməsinə gedən amerikalı aktyora sanksiya tətbiq olunacaq

Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putinə simpatiyası ilə tanınan amerikalı aktyor Stiven Siqala məhdudiyyətlər qoymağı planlaşdırır.Bu barədə EUobserver nəşri məlumat yayıb.

Nəşr yazır ki, Rusiyaya qarşı 14-cü sanksiyalar paketi Aİ-də təbliğat aparan və Avropa Parlamentinin üzvlərinə rüşvət verməyə cəhd edənlərə zərbə vuracaq.

Putinin andiçmə mərasimində iştirak edən Stiven Siqal şəxsi sanksiyalara məruz qalacaq.

Avropa İttifaqının nümayəndəsi nəşrə bildirib ki, aktyorun hərəkətlərinin Ukraynaya zərərli olduğuna dair güclü hüquqi sübutlar olarsa, Siqala qarşı daha sərt sanksiyalar tətbiq edilə bilər.

Siqal mayın 7-də Vladimir Putinin andiçmə mərasimində iştirak edib.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
Mənbələr
Şərh ()
Bağla