AZ

AFFA-dan yeni sponsorluq müqaviləsi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Carlsberg Azerbaijan” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, “Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis, şirkət rəsmiləri, futbolçular və media nümayəndələri iştirak ediblər.

Müqaviləyə əsasən, “Xırdalan 0.0” alkoqolsuz pivəsi əsas milli komandanın sponsoru olub. Şirkət millinin oyunlarında sponsor qismində çıxış edəcək, eyni zamanda, Azərbaycan futbolunun inkişafına töhfə verəcək müxtəlif sosial kampaniyaların tərəfdaşı olacaq.

“Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis tədbirdə çıxış edərək bildirib ki, bu sponsorluqla Azərbaycan futboluna dəstək olacaqlar: “A milli komanda ilə bu gün təməli qoyulan əməkdaşlıqdan çox məmnunuq. “Xırdalan 0.0” yerli arpadan Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivədir və bu keyfiyyətli məhsulla ölkəmizdə idmanın inkişafını dəstəkləməkdən qürur duyuruq. AFFA-nın prioritetlərinə əsasən, stadionlarda azarkeş sayının artırılması, gənclərdə futbola marağın gücləndirilməsi, sosial layihələrin həyata keçirilməsi üçün birgə çalışacağıq. İnanıram ki, birgə atılan addımlar nəticəsində qısa müddətdə Azərbaycan futboluna böyük töhfə verməyi bacaracağıq”.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev isə hər iki tərəfin bu əməkdaşlıqdan faydalanacağına inandığını söyləyib: “Azərbaycan futbolu üçün əlamətdar günlərdən birini yaşayırıq. AFFA-nın əməkdaşlıq etdiyi şirkətlərin sırasına “Carlsberg Azerbaijan” da qoşulur. Bundan sonra “Carlsberg Azerbaijan”ın “Xırdalan 0.0” pivəsi kişilərdən ibarət A milli komandamızın sponsorlarından biri olacaq. İnanıram ki, bu əməkdaşlıq uzunmüddətli olacaq və hər iki tərəf bundan faydalanacaq”.

AFFA ilə “Carlsberg Azerbaijan” şirkəti arasında sponsorluq müqaviləsi dörd il müddətinə imzalanıb, lakin tərəflər uzunmüddətli əməkdaşlığa məqsədlənirlər.

Qeyd edək ki, milli komandanın yeni sponsoru “Xırdalan 0.0” – pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Keyfiyyətli xammaldan hazırlanmış zəngin ətirli və nəfis dadlı lager pivəsi “Xırdalan 0.0” artıq istehlakçılara təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44243
Abdullahianın cəsədi tapıldı - FOTO
32541
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26858
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24769
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20143
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17772
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15154
Helikopterin qalıqları tapılıb
11769
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8165
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7984
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6968
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6919
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5914
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5360
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4912
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965