AZ

Zelenski söz verdi: "Hücumu dayandıracağıq"

Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Qərbdən yeni silah göndərişləri aldıqdan sonra Rusiya ordusunun hücumunu dayandıracağına söz verib.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski etiraf edib ki, cəbhədə təşəbbüsü rus qoşunları tutur. Avropa Parlamentinin rəhbəri Roberta Mezola ilə mətbuat konfransında danışan Ukrayna prezidenti yenidən tərəfdaşlarından daha çox silah, daha çox pul istəyib.
 

"Biz onları dayandırmalı və təşəbbüsü öz əlimizə almalıyıq. Bu, yalnız əlimizdə güclü bir şey olduqda edilə bilər, biz şərqdə onların təşəbbüsünü dayandıracağıq",- Zelenski əmin edib.
 

Kiyev rejiminin başçısı vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri yeni istiqamətlərdə, o cümlədən şimal istiqamətində genişmiqyaslı hücuma hazırlaşır.


İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla