AZ

Baqrat Qalstanyan Paşinyana istefaya getmək üçün bir saat vaxt verib - YENİLƏNİB-1

Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat vaxt verib.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə o, İrəvandakı Respublika meydanında keçirilən mitinqdə bildirib. Qalstanyan özü də yaxın bir saat ərzində Paşinyanla görüşməyə və onunla istefa şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, "Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi keçirilir.

***

18:25

"Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi başlayıb.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilir. O, İrəvanda keçirilən milli mitinqdə çıxışına Ermənistan himni ilə başlayıb və meydana toplaşan etirazçılar onunla birgə mahnı oxuyublar.

Qeyd edək ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü bu gün İrəvana çatıb. Etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.

***

14:44

"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları Ermənistanın paytaxtı İrəvana çatıblar.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü İrəvana çatıb. Yürüş iştirakçılarının artıq Respublika meydanına doğru irəlilədiyi bildirilib. Onlar yerli vaxtla 16:00-da Respublika meydanında mitinq keçirməyi planlaşdırır.

Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
35556
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24075
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18839
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14844
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
12427
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11597
Helikopterin qalıqları tapılıb
10986
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7715
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6858
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6371
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5660
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4623
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4332
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3829
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3317
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3041
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2322
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2250