AZ

Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır- İcma

“Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivier Dekotini, aydındır ki, çıxış və bəyanatlarında hər dəfə öz hökumətinin və özlərinin yeni koloniyaları kimi hədəflədikləri Ermənistanın mövqeyini ifadə edir. Amma anlamır ki, bununla həm də hər iki bacının Azərbaycana və regiona dair gizli niyyətlərini faş edir. “Azadlıq” radiosunun erməni xidmətinə 2024-cü il mayın 8-də verdiyi müsahibəsində də Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia etməklə səfir bölgədə planlaşdırdıqları təxribatların anonsunu verir. Belə ki, ermənilərin xasiyyətinə az-çox bələd olan hər kəs bilir ki, əgər onlar qarşısındakını nədə, hansı hərəkətdə ittiham edirlərsə, o hərəkəti ya ediblər, ya da etməyə hazırlaşırlar. Məsələn, əgər “1915-ci ildə Osmanlı bizi soyqırımı etdi” deyirlərsə, deməli, soyqırımını özləri ediblər. Əgər “Qarabağdan erməniləri etnik təmizləməyə məruz qoyublar” deyirlərsə, bu, özlərinin 1987-1991-ci illərdə Qərbi Azərbaycanda soydaşlarımızı etnik təmizləməyə məruz qoyduqlarını ört-basdır eləmək üçündür və s”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Fransa səfirinin erməni təəssübkeşliyi” adlı məqaləsində yer alıb.

“İndi də əgər hər hansı bir erməni siyasisi və ya onun əkiz bacısı Olivier Dekotini deyirsə ki, Azərbaycan Ermənistana hücum edəcək, yüz faiz bilmək lazımdır ki, ya sürətlə silahlanan Ermənistan Azərbaycana belə bir hücuma hazırlaşır, ya da onu sürətlə silahlandıran Fransa Ermənistanın Azərbaycana hücum etməsinə çalışır.

O ki qaldı Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsinə və səfir Ann Buyonun harada olması barədə suala verdiyi cavaba – bütün bunlara da yuxarıda qeyd etdiyimiz erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır.

Fransız səfir bir şeyi anlamalıdır ki, bu gün bölgə bir reallıq qarşısındadır: bitmiş və tarixin arxivinə göndərilmiş Qarabağ müharibəsinin ilk mərhələsində və bu müharibənin tərkib hissəsi kimi ata-baba yurdlarından qovulmuş azərbaycanlıların geriyə – indiki Ermənistan ərazisindəki doğma ocaqlarına qayıdışını təmin etmək, buna kömək göstərmək. Bunu istəyənlər və buna kömək edənlər bölgədə öz varlığını təmin edə bilər, buna qarşı çıxanların bölgədə nə yeri olacaq, nə də izi-tozu”, – Əziz Ələkbərli bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
3
Mənbələr
Şərh ()
Bağla