AZ

Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak etdi - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində “Biznes və insan hüquqları: Milli insan hüquqları təsisatlarının rolu və təcrübələri” mövzusunda tematik sessiyada iştirak edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, sessiyada çıxışı zamanı S.Əliyeva biznes və insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. Eyni zamanda, müvafiq sahədə milli qiymətləndirmə sənədinin cari il hazırlanaraq BMTİP-yə təqdim edildiyi və bu istiqamətdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub.

Müvəkkil BMT tərəfindən qəbul edilmiş “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər”in ölkəmizdə milli qanunvericiliyə implementasiyası üzrə aparılan işlərdən də bəhs edib.

S.Əliyeva, həmçinin Azərbaycanda müvafiq sahə ilə bağlı perspektivlərin və müsbət təcrübələrin öyrənilməsi məqsədilə geniş məsləhətləşmələrin, müzakirələrinin həyata keçirildiyini, bu sahədə insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində təşəbbüslərin davam etdirildiyini bildirib.

Sessiya çərçivəsində biznes fəaliyyəti üzrə insan hüquqları ilə bağlı mövcud tendensiyalar və çağırışlar müzakirə edilib, milli insan hüquqları təsisatlarının bu istiqamətdə müsbət təcrübələri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində S.Əliyeva BMT-nin İnkişaf Proqramının biznes və insan hüquqları üzrə qlobal rəhbəri Livio Sarandrea ilə görüşüb. Görüşdə biznes və insan hüquqları sahəsində milli qiymətləndirmə sənədi ilə əlaqədar müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44191
Abdullahianın cəsədi tapıldı - FOTO
32384
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26626
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24764
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20139
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17744
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15153
Helikopterin qalıqları tapılıb
11760
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11711
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8161
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7932
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6963
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6919
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5910
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5356
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4869
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965