AZ

Bütün dünyada biz bunu təbliğ etməli və onların iç üzünü ifşa etməliyik-Zeynal Əmrəliyev- ÖZƏL

"İkili oynamaq Ermənistanın siyasətidir. Ermənistanın daxilində müxtəlif qruplar var ki, həm Rusiyaya, həm Qərbə çalışır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Bu, təkcə iqtidar, müxalifət söhbəti deyil. Bu, Ermənistan hakimiyyətinin öz içində də var. Buna görə də bu onların ənənəvi tərzidir. Məhz bu üsullardan davamlı şəkildə istifadə edirlər. Ermənistan dövləti özü fərqli-fərqli misiyaları icra edir. Həm Rusiyaya, həm Qərbə özünü yaxşı göstərmək səylərini icra edir.  Sanksiya qoyulan malları bir tərəfdən satır, bir tərəfdən də özünü Qərbdəki tərəfdaşlarına yaxşı göstərmək istəyir. Bu, ikiüzlülük, riyakarlıqdır. Ancaq qədimdən bəri bu, ermənilərin xislətidir. Onlar bundan geninə-boluna istifadə edirlər, Rusiyanı da arxadan vururlar. Rusiya uzun müddət onların əsas müttəfiqi olub, dəstəkləyib, Rusiyanın qanadları altında olublar. Ancaq indi biz nəyi görürük? Rusiyaya qarşı arxadan zərbə siyasəti aparırlar. Eyni zaman da Qərbi də satıblar. Qərb ölkələrinə qarşı böyük satqınlıqlar ediblər. Bu onu göstərir ki, dövlət olaraq da deyil, tam millət olaraq bu millətə güvənmək olmaz. Bu millət etibarlı millət deyil. Onlara etibar edib hər hansı iş icra etmək olmaz. Bütün dünya bunu görməli, tanımalıdır. Biz Azərbaycan dövləti, xalqı olaraq regionda 200 ildən çox bu bəla ilə mübarizə aparmışıq. 200 ildir erməni xislətinin, erməni yalanlarının nə demək olduğunu bəlkə də, bizdən başqa heç kim yaxşı bilmir. Bütün dünyada biz bunu təbliğ etməli və onların iç üzünü ifşa etməliyik. Müharibə bitdi, dövlətlərarası münasibət yaradarıq, o öz yerində. Ancaq vətəndaş cəmiyyəti olaraq biz öz işimizi gücləndirməliyik. Diplomatik mübarizə hər yerdə davam edəcək. İdeoji baza lazımdır ki, biz də bu məsələlərdə ayıq-sayıq olaq və lazım gələndə dünyadakı istənilən platformada onların qarşısına çıxaq. Cavablarını tutarlı şəkildə verək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla