AZ

Yarışların ən yaddaqalan anı mükafatların təqdimatı olub – gənc azərbaycanlı gimnast

Mənim üçün bugünkü yarışların ən yadda qalan anı mükafatların təqdimatı oldu.

Bu barədə Trend-ə "kiçiklər" yaş kateqoriyasında idmançılar arasında kişi idman gimnastikası üzrə 29-cu Bakı açıq birinciliyində çoxnövçülükdə qızıl medal qazanan gənc azərbaycanlı idmançı Adəm Məmmədov (2017-ci il təvəllüdü) deyib.

"Düşünürəm ki, bu gün layiqincə çıxış etdim, məşqçi məni təriflədi, amma yenə də çox məşq etməliyəm. Bütün alətlərdə hərəkətləri yaxşı yerinə yetirməyə bacardım. Qızıl medal qazandığım üçün xoşbəxtəm. Mən Azərbaycan millisinin üzvü Rəsul Əhmədzadəni özümə nümunə götürürəm və bu gün çıxışı zamanı ona dəstək olmuşam", - deyə "Ocaq Sport" klubunun yetirməsi bildirib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında mayın 9-10-da kişi idman gimnastikası üzrə 29-cu Bakı açıq çempionatı və Bakı açıq birinciliyi, qadın idman gimnastikası üzrə 8-ci Bakı açıq çempionatı və Bakı açıq birinciliyi keçirilir. Yarışlarda müxtəlif yaş kateqoriyalarında iştirak edən 50-dən çox idmançı iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla