AZ

Paşinyana 1 saat vaxt verildi - Etirazlar böyüyür

Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb.

Bu barədə Teleqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir.

İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşan etirazçılar hökümətə qarşı sərt fikirlər səsləndirirlər.

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.

"Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram", deyə Baqrat Qalstanyan bildirib.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla