AZ

İran tərəfindən saxlanılan Portuqaliya gəmisinin yeddi ekipaj üzvü azad edildi


Portuqaliya hökuməti Hörmüz boğazında İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan “MSC Aries”in 24 ekipaj üzvündən 7-nin azad edildiyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Portuqaliya hökuməti bu gün yeddi ekipaj üzvünün sərbəst buraxıldığını bildirir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, sərbəst buraxılanlar arasında gəmidəki yeganə Aİ vətəndaşı olan estoniyalı da var.
Qeyd edək ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Portuqaliya bayrağı altında üzən “MSC Aries” ticarət gəmisini Hörmüz boğazında saxlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani aprelin 15-də bəyan edib ki, gəminin İsraillə əlaqələri var və dəniz qanunlarını pozduğuna, həmçinin İran hakimiyyətinin tələblərinə məhəl qoymadığına görə saxlanılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
yeniavaz.com

1Mənbələr